satellite   Azerspace-1: 11135 H 30000

İƏT Xocalı faciəsinin ildönümü ilə əlaqədar bəyanat yayıb

İƏT Xocalı faciəsinin ildönümü ilə əlaqədar bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.

Naxçıvan televiziyası xəbər verir ki, sənəddə İƏT-in Baş katibi Hissein Brahim Taha həyatını itirənlərin xatirəsini ehtiramla anıb.

Taha Xocalı faciəsinin Ermənistan tərəfindən Azərbaycanın işğal olunan ərazilərində həyata keçirilən qanunsuz işğalın nəticəsi olduğuna diqqət çəkib.

Təşkilat rəhbəri 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilmiş Qahirə Yekun Bəyannaməsinə (117-ci bənd) və 2024-cü ildə Kamerunun Yaunde şəhərində təşkil olunmuş İƏT Xarici İşlər Nazirləri Şurasının 5-ci sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında” 47/50-POL saylı Qətnaməyə istinad edərək Xocalıda yerli sakinlərə qarşı törədilmiş kütləvi zorakılıqları müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımı olaraq qiymətləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM