satellite   Azerspace-1: 11135 H 30000

Kolumbiya Konqresində Xocalıda törədilmiş vəhşiliklər pislənilib

Kolumbiya Konqresində Xocalıda törədilmiş vəhşiliklər pislənilib

Kolumbiya Konqresinin Nümayəndələr Palatasında Xocalı Soyqırımının həqiqətlərindən bəhs edilib.

Naxçıvan televiziyası xəbər verir ki, Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun əlaqələndiricisi Pedro Suares Nümayəndələr Palatasının növbəti plenar iclası zamanı çıxışını 1992-ci ildə Xocalıda törədilmiş soyqırımına həsr edib.

33 il öncə Xocalıda baş vermiş hadisələrin tarixin ən qanlı və acı səhifələrindən biri olduğunu qeyd edən konqresmen, Ermənistan silahlı qüvvələri tərəfindən həmin gecə qadın, uşaq və qoca demədən 613 günahsız insanın amansızcasına qətlə yetirilməsini, yüzlərlə dinc sakinin işgəncələrə məruz qalmasını insanlığa sığmayan vəhşilik adlandırıb, dost Azərbaycan xalqına qarşı törədilən bu qanlı əməlləri qınadığını bildirib.

P.Suares çıxışında Kolumbiyanın Xocalıda törədilmiş qətliama biganə qalmadığına, belə hadisələrin bir daha təkrarlanmaması və tarixin yaddaşına həkk olunması üçün Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdiyinə diqqət çəkib.

Konqresmen, həmçinin Kolumbiyanın Azərbaycanın regionda dayanıqlı sülhün əldə olunması və Ermənistanla münasibətlərin normallaşması yönündə səylərini dəstəklədiyini bildirib, öz dədə-baba torpaqlarından didərgin salınmış azərbaycanlıların işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ermənistan ərazisindəki tarixi torpaqlara qayıdış hüququnun təmin edilməsinin vacibliyini vurğulayıb.

Pedro Suaresin çıxışı Kolumbiya Konqresinin rəsmi televiziya kanalı vasitəsilə də yayımlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM