satellite   Azerspace-1: 11135 H 30000

Şəhid hərbi pilot Famil Məmmədlinin xatirəsi yad edilib - VİDEO

İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu şəhid polkovnik-leytenant Məmmədli Famil Elman oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Naxçıvan televiziyası-a verilən məlumata görə, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə hərbi pilotun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Mərasimdə çıxış edənlər şəhidimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağını qətiyyətlə vurğulayıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM