satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ICMP-nin itkin düşmüş şəxslərlə bağlı Ermənistan qarşısında məsələ qaldırmasını istəyir

Azərbaycan ICMP-nin itkin düşmüş şəxslərlə bağlı Ermənistan qarşısında məsələ qaldırmasını istəyir

Azərbaycan ICMP-nin itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etməsi ilə bağlı Ermənistan qarşısında məsələ qaldırmasından və vasitəçi olmasından məmnun olardı.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında deyib.

Onun sözlərinə görə, təşkilat məhkəmə ekspertizası sahəsində böyük iş təcrübəsinə, texniki imkanlara və mütəxəssis heyətinə malikdir, davamlı əməkdaşlıq itkinlərin taleyinin aşkarlanması sahəsində yeni imkanlar açacaq:

"Xüsusilə Azərbaycanın mütəxəssis heyətinə təlimlərin keçirilməsi, dəfn yerlərinin axtarışı, qazıntı, ekshumasiya, o cümlədən qalıqların eyniləşdirilməsi sahəsində yeni metodologiyaların və texnologiyaların tətbiqi vacibdir. Ən ciddi çətinlik isə qarışıq sümüklərin eyniləşdirilməsindədir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM