DTX generalı: İtkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələdə erməni tərəfi ilə əməkdaşlığa hazırıq

DTX generalı: İtkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələdə erməni tərəfi ilə əməkdaşlığa hazırıq

İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi yaxın illərdə bizim ən vacib vəzifələrimizdən biridir.

NUHÇIXAN xəbər verir ki, bu barədə İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.

O bildirib ki, bu, həm də həmin şəxslərin yaxın qohumları qarşısında mənəvi borcdur:

"Bizə gündəlik olaraq xeyli sayda insan müraciət edərək itkin düşmüş qohumunun taleyinə aydınlıq gətirilməsini tələb edir. Ərazilər işğal altında olanda vətəndaşlarımız bunu anlayışla qarşılayırdı. Lakin ərazi bütövlüyümüzün bərpasından sonra biz bəzi hallarda onlara cavab verməkdə çətinlik çəkirik. Bizdə belə fikir formalaşır ki, ermənilər məzarlıqlar barədə məlumatları əsir və girovlara verdikləri dəhşətli işgəncələrin izini itirmək üçün təqdim etmirlər. İstənilən halda biz bu məsələlərdə bütün beynəlxalq təşkilatlarla, o cümlədən erməni tərəfi ilə hərtərəfli əməkdaşlığa hazır olduğumuzu bəyan edirik".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM