İğdır müftisi: Azərbaycanla Türkiyə arasında dini sahədə də əməkdaşlıq yüksək səviyyədədir

İğdır müftisi: Azərbaycanla Türkiyə arasında dini sahədə də əməkdaşlıq yüksək səviyyədədir

Azərbaycanla Türkiyə arasında hər sahədə olduğu kimi, dini sahədə də əməkdaşlıq yüksək səviyyədədir.

NUHÇIXAN xəbər verir ki, bunu İğdır müftisi Zahit Demirel Türkiyədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşü zamanı deyib.

Müfti uğurlu münasibətlərin təməlində əsrlərin dərinliklərindən gələn mədəniyyət, dil və adət-ənənələrin yaxınlığının, tarixboyu formalaşan mənəvi dəyərlərin dayandığını vurğulayıb.

R.Məmmədov Azərbaycanda mövcud olan multikultural mühit, burada yaşayan xalqlar və dinlər arasındakı vəhdət və həmrəyliyin qorunması istiqamətində görülən tədbirlər barədə geniş məlumat verib.

Komitə sədri diqqətə çatdırıb ki, dini etiqad azadlığının təmin olunması üçün müvafiq şəraitin yaradılması, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, birgəyaşayış ənənəsinin əhəmiyyətinin təbliği dini fəaliyyətə dair dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir.

O qeyd edib ki, İslamofobiya meyillərinə qarşı qətiyyətli mövqeyi ilə seçilən Azərbaycan İslam həmrəyliyinin təbliğ və təşviq olunmasında mühüm rol oynayır.

Səfərdə nümayəndə heyətini Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulu Zamin Əliyev müşayiət edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM