satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Fələstinin səfirini diplomatik fəaliyyətinin başa çatmasına görə qəbul edib

Ceyhun Bayramov Fələstinin səfirini diplomatik fəaliyyətinin başa çatmasına görə qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Nazir Ceyhun Bayramov ölkədə səmərəli diplomatik fəaliyyətinə, Azərbaycan-Fələstin münasibətlərinə verdiyi töhfəyə görə səfir Nasir Əbdülkərimə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səfirin ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması münasibətilə nazir səfirə öz təbriklərini çatdırıb və ordeni təqdim edib.

Görüşdə Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran mövzular, habelə regional vəziyyət müzakirə olunub.

Səfir Nasir Əbdülkərim 14 ilə yaxın müddətdə Fələstinin dost Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman qürurla xatırlayacağını vurğulayaraq, cənab Prezident tərəfindən ali ordenlə təltif olunması və ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM