satellite   Azerspace-1: 11135 H 30000

Elçin Əmirbəyov Braziliyanın yüksək vəzifəli şəxsləri ilə görüşüb

Elçin Əmirbəyov Braziliyanın yüksək vəzifəli şəxsləri ilə görüşüb

Braziliyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ölkənin xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Maria Laura da Roşa və Braziliya dövlət başçısının xarici siyasət üzrə baş müşaviri Selso Amorim ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz “X” sosial şəbəkəsində müvafiq paylaşım edib.

E.Əmirbəyov həmçinin, Rio-Branko İnstitutunda Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik, qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələləri mövzusunda çıxış edib.

Səfəri çərçivəsində Elçin Əmirbəyovun Braziliya Milli Konqresindəki (ikipalatalı parlament - Qeyd) rəsmi şəxslərlə və ölkə mediasının nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM