satellite   Azerspace-1: 11135 H 30000

London Bakı və İrəvanı tezliklə sülh sazişi imzalamağa çağırır

London Bakı və İrəvanı tezliklə sülh sazişi imzalamağa çağırır

Britaniya Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlamentdə deyib.

 "Azərbaycan və Ermənistan tarixi sülh sazişi üzrə danışıqların yekunlaşdığını elan ediblər. Biz bu mühüm addımı alqışlayırıq və hər iki tərəfi sazişin imzalanması ilə mümkün qədər tez irəliləməyə çağırırıq", - o bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmən bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM