satellite   Azerspace-1: 11135 H 30000

ATƏT yanında daimi nümayəndə: Azərbaycan Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb

ATƏT yanında daimi nümayəndə: Azərbaycan Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb

“ATƏT-ə sədrlik edən Finlandiya tərəfindən Helsinki Yekun Aktının 50-ci ildönümünə həsr olunmuş “Helsinki+50” konfransı bir daha təsdiq edib ki, ATƏT-in prinsipləri qüvvədə qalır və ATƏT regionunda təhlükəsizlik və sabitliyin əsası olmalıdır".

NTV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəylinin “X” sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.

O, bildirib ki, ATƏT-in münaqişənin həlli üzrə fəaliyyətsizliyi Azərbaycanı öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə məcbur edib:

“ATƏT lazımi cavab verə bilməsə də, Azərbaycan ədaləti və qanunu bərpa edib, Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM