satellite   Azerspace-1: 11135 H 30000

İsveçdə ilk dəfə sarı qızdırma virusunu daşıyan ağcaqanad aşkar edilib

İsveçdə ilk dəfə sarı qızdırma virusunu daşıyan ağcaqanad aşkar edilib

İsveçdə ilk dəfə sarı qızdırma virusunu daşıması ilə tanınan “Aedes aegypti” növünə aid ağcaqanad aşkar olunub.

NTV xəbər verir ki, bu növ yüksək invazivliyi ilə seçilir və bir sıra virus xəstəliklərini yaymaq qabiliyyətinə malikdir.

“Ölkədə bu növ ağcaqanadın aşkar ediləcəyini gözləmirdik”, - deyə İsveç Dövlət Baytarlıq İnstitutundan (SVA) bildirilib.

“Aedes aegypti” növünə aid ağcaqanad Malmö şəhərindəki tələdə üzə çıxıb. Bu növün ilkin yayılma arealı Afrika olub, sonradan isə dünyanın bir çox regionlarına yayılıb. Sentyabr ayında məlum olub ki, bu növ ağcaqanadlar Londonun şərqində çoxalmağa başlayıb. Bununla belə, SVA mütəxəssisləri İsveçdə bu ağcaqanadın aşkar edilməsi ilə Böyük Britaniyadakı vəziyyət arasında əlaqə görmürlər.

“Aedes aegypti” isti iqlimi sevən ağcaqanad növüdür. Bizim enliklərdə qış mövsümünü keçirməkdə çətinlik çəkə bilər. Çox güman ki, bu, davamlı populyasiyanın yaranmasına səbəb olmayacaq”, - deyə institutdan bildirilib.

Bu ağcaqanad növü denge qızdırması, Zika virusu və sarı qızdırma da daxil olmaqla bəzi təhlükəli virus xəstəliklərini yaymaq qabiliyyəti ilə tanınır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM