Naxçıvan Muxtar Respublikası ərazisində həftə ərzində hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
NTV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 21-dən 23-dək dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə isə yağıntının sulu qara keçəcəyi ehtimal olunur.
Şərq küləyi əsəcək, küləyin sürəti arabir saniyədə 15 metrədək güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz isə 21-26 dərəcə isti olacağı gözlənilir.
