satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstanda süni intellektin inkişafı üçün ilk milli superkompüter istifadəyə verilib

Yunanıstanda süni intellektin inkişafı üçün ilk milli superkompüter istifadəyə verilib

Yunanıstanda süni intellekt texnologiyalarının inkişafı və elmi tədqiqatların aparılması üçün nəzərdə tutulan ilk milli superkompüter istifadəyə verilib.

NTV  xəbər verir ki, Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, “Daedalus” adlanan superkompüterin rəsmi açılış mərasimində ölkənin Baş naziri Kiriakos Mitsotakis iştirak edib.

Ümumi dəyəri 58,9 milyon avro olan layihə ölkənin yüksək məhsuldarlıqlı hesablama imkanlarının genişləndirilməsinə xidmət edir. Superkompüter süni intellekt modellərinin hazırlanması, böyük həcmli məlumatların emalı və mürəkkəb elmi hesablamaların həyata keçirilməsi üçün nəzərdə tutulub.

Layihə Yunanıstanın rəqəmsal infrastrukturunun gücləndirilməsinə, elmi-tədqiqat müəssisələrinin texnoloji imkanlarının artırılmasına və innovasiya ekosisteminin inkişafına töhfə verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM