satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda yanvar-sentyabrda 37 613 uşağa reabilitasiya xidmətləri göstərilib

Azərbaycanda yanvar-sentyabrda 37 613 uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-sentyabr aylarında 37 613 uşağa xidmətlər göstərilib.

Bu barədə NTV-yə  ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan əlilliyi olan 1746 uşaq stasionar, 22 457 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM