satellite   Azerspace-1: 11135 H 30000

İƏT çərçivəsində Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası yaradılıb

İƏT çərçivəsində Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası yaradılıb

İslam Əməkdaşlıq Təşkilatı nəzdində Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası yaradılıb. Bununla bağlı qərar İƏT XİN başçıları şurasının Bağdadda keçirilən iclasında qəbul edilib.

NTV  xəbər verir ki, yeni qurumun qərargahı Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşəcək və əsas hədəfi üzv dövlətlərin Kibertəhlükəsizliyini gücləndirmək, milli təhlükəsizliyi və strateji maraqları qorumaq, eləcə də beynəlxalq əməkdaşlığı genişləndirmək olacaq.

Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası İƏT strukturuna daxil olan ayrıca qurum kimi fəaliyyət göstərəcək. Şuranın yaradılması Səudiyyə Ərəbistanının təşəbbüsü əsasında həyata keçirilib.

Qəbul edilmiş qərara əsasən, Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası təşkilata üzv dövlətlər üçün bu sahədə bütün məsələlər üzrə əsas koordinasiya platforması olacaq. Qurumun fəaliyyətinin əsas istiqamətləri milli kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi, həyati əhəmiyyətli maraqların qorunması və dövlətlər arasında birgə fəaliyyətin genişləndirilməsidir.

Şuranın tərkibinə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsinə cavabdeh olan müvafiq dövlət qurumları daxil olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM