satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Rubio ilə hava hücumundan müdafiə məsələlərini müzakirə edib

Zelenski Rubio ilə hava hücumundan müdafiə məsələlərini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət katibi Marko Rubio ilə hava hücumundan müdafiə və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.

 NTV xəbər verir ki, Zelenski bunu Rubio ilə telefon danışığının yekunları üzrə sosial şəbəkələrdə bildirib.

"Birincisi, həyatların qorunması üçün zəruri olan ballistik raketlərə qarşı mübarizə üçün ələkeçiricilərdir. İkincisi, Rusiyanın ballistik hücumları barədə həyati əhəmiyyət daşıyan vaxtında xəbərdarlıqdır. Üçüncüsü, həll edilməli olan Starlink/Starshield ətrafındakı vəziyyətdir", - o qeyd edib.

V.Zelenski vurğulayıb ki, bu məsələlərin müzakirəsi Ukraynanın Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına və insan tələfatının dayandırılmasına yönəlmiş diplomatik səyləri fonunda aparılır.

O əlavə edib ki, tərəflər yaxın vaxtda aktual məlumat mübadiləsi üçün yenidən əlaqə saxlamağa razılaşıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM