satellite   Azerspace-1: 11135 H 30000

Fransada “Qalatasaray”ın təhlükəsizliyi üçün 6 snayper, 250 hərbçi və 1000 polis əməkdaşı ayrılıb

Fransada “Qalatasaray”ın təhlükəsizliyi üçün 6 snayper, 250 hərbçi və 1000 polis əməkdaşı ayrılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Fransada “Lill”lə qarşılaşacaq “Qalatasaray”ın oyun öncəsi təhlükəsizliyi gücləndiriləcək.

NTV “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin səfəri zamanı genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Məlumata əsasən, komandanın qalacağı hotelin damında 6 snayper növbə çəkəcək. Bundan başqa, 250 xüsusi təlim keçmiş hərbçi və 1000 nəfərlik polis təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək. Bu tədbirlərin “Qalatasaray”ın futbolçularını, klub nümayəndələrini və azarkeşlərini mümkün təhlükələrdən qorumaq məqsədi daşıdığı bildirilir.

Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək “Lill” - “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM