satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa “TruthSocial” hesabında paylaşımına görə təşəkkür edib.

NTV  xəbər verir ki, dövlətimizin başçısı bu barədə X sosial şəbəkə hesabında yazıb.

“Prezident Donald Tramp, təşəkkür edirəm, “TruthSocial” hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlətimizin başçısı vurğulayıb ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır. “Dostluğumuza böyük önəm verirəm”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 16-da növbəti dəfə “Truth Social”dakı hesabında avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi tarixi görüş barədə paylaşım edib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək və eyni zamanda, bu iki böyük lider və insanla - Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq onun üçün böyük şərəfdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM