satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir

Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir

Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir.

NTV xəbər verir ki, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, parlamentin komitə və komissiya sədrləri, sədr müavinləri, Milli Məclis Aparatının nümayəndələri, həmçinin aidiyyəti qurumların rəhbər şəxsləri iştirak edirlər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Günü elan olunub. Bu tarix Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi hesab edilir, çünki 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlətimizin bütün ərazilərində tam suverenlik bərpa olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM