satellite   Azerspace-1: 11135 H 30000

Əli Əsədov Laosun Baş prokuroru ilə görüşüb - FOTOLAR

Əli Əsədov Laosun Baş prokuroru ilə görüşüb<font color=red> - FOTOLAR</font> Əli Əsədov Laosun Baş prokuroru ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Baş naziri Əli Əsədov Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputanla görüşüb.

NTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə bu il Azərbaycanla Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib.

İki ölkə arasında yaxşı əlaqələrin olduğu vurğulanıb, iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğu qeyd edilib.

S.Kotputanın səfəri çərçivəsində müvafiq Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM