satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq

Hikmət Hacıyev: Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq

Mən əvvəllər Vaşinqtona gələrkən həmişə Ermənistan-Azərbaycan münaqişəsi barədə danışırdım. Amma indi mən bu paytaxta tamamilə yeni gündəm mesajı ilə gəlirəm.

NTV-nin  məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda deyib.

“Ancaq bu münaqişə bitdi. Həmçinin fürsətdən istifadə edərək bildirirəm ki, liderlik rolunu öz üzərinə götürdüyünə və bu münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa və bu hökumətə son dərəcə minnətdarıq. İndi bölgədə əsaslı sülh var”, - deyə Hikmət Hacıyev qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM