satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərini yad edib

Türkiyə Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərini yad edib

Türkiyə Milli Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini yad edib.

NTV  xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Zeki Aktürk bu gün keçirilən brifinqdə bildirib.

"Qəhrəman Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etmək məqsədilə başladığı və 44 gün davam edən Vətən müharibəsinin beşinci ildönümü, 27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən əziz şəhidlərimizi rəhmət və minnətlə yad edirik. Qəhrəman qazilərimizə təşəkkür edirik", - deyə o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM