satellite   Azerspace-1: 11135 H 30000

Maliyyə naziri: "Naxçıvan üçün çox mütərəqqi, güzəştli bir rejim yaradılır"

Maliyyə naziri: "Naxçıvan üçün çox mütərəqqi, güzəştli bir rejim yaradılır"

2026-cı ilin büdcə zərfi çərçivəsində Naxçıvan Muxtar Respublikası üçün çox mütərəqqi, güzəştli bir rejim yaradılır.

NTV  xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, həm iqtisadiyyatın müxtəlif sektorları üçün yeni güzəştlər tətbiq olunur, həm bir sıra vergi dərəcələrinin azaldılması nəzərdə tutulur, kiçik və orta sahibkarlıq üçün ciddi güzəştlər nəzərdə tutulur.

"Bizim qarşılıqlı əməkdaşlığımız büdcə daxilolmalarının sistemli şəkildə həyata keçirilməsi, düzgün siyasətin müəyyən edilməsi, fiskal gəlirlərimizin və xərclərimizin optimallaşdırılması, eyni zamanda sahibkarlığın, iqtisadiyyatın inkişafı üçün müvafiq rejimin yaradılması baxımından çox önəmlidir", - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM