satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Kiyevdəki Azərbaycan səfirliyinin binasına dəyən ziyanla bağlı təəssüfləndiyini bildirib

Rusiya Kiyevdəki Azərbaycan səfirliyinin binasına dəyən ziyanla bağlı təəssüfləndiyini bildirib

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb.

NTV Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan tərəfi ölkəmizin Kiyevdəki diplomatik nümayəndəliyinin binalarına, əmlakına və ərazisinə dəyən ziyanla bağlı 14 noyabr tarixli müraciətə baxılmasının nəticələri barədə məlumatlandırılıb.

Görüş zamanı tərəflər Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiqlik Qarşılıqlı Fəaliyyətinə dair Bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Onlar yüksəksəviyyəli əlaqələrin qrafikini nəzərdən keçirib, həmçinin iqtisadi əməkdaşlığın inkişafını qeyd edib, mədəni və humanitar əlaqələrin bərpasının vacibliyini vurğulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM