satellite   Azerspace-1: 11135 H 30000

Noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun açılışı olub - FOTOLAR

Noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun açılışı olub<font color=red> - FOTOLAR</font> Noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun açılışı olub<font color=red> - FOTOLAR</font>

NTV  xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın mədəniyyət nümunələrini əks etdirən stendlərlə tanış olublar.

Forumun açılış mərasimində Türk dövlətləri arasında mövcud tarixi bağlılıq, ortaq dəyərlər və sıx əməkdaşlıq münasibətlərini əks etdirən, bu əlaqələrin inkişaf yolunu və perspektivlərini əyani şəkildə nümayiş etdirən videoçarx təqdim olunub.

Sonra Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun iştirakçılarına məktubunu oxuyub.

Qeyd edək ki, sabah isə forum işini Naxçıvan şəhərində davam etdiriləcək. Naxçıvanda sabah forum çərçivəsində "WUF13-ə doğru - Türk dünyasında ilk" adlı panel müzakirələri də təşkil olunacaq. Panel müzakirələrində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərinin miqyasının və sürətinin dünyanın post-münaqişə bölgələri üçün nümunə olması diqqət mərkəzində olacaq. Bundan başqa, Türk dünyası QHT-ləri 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət olunacaq. Türk Dövlətləri Təşkilatının tarixinə 2009-cu il tarixli "Naxçıvan Sazişi" ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Bu, forumun mühüm qalıcı irsinə çevriləcək. Platformaya rəhbərliyi Türk Dövlətləri Təşkilatının hazırki sədri kimi Azərbaycan edəcək. Platformada 8 ölkədən QHT-lər birləşəcək.

Forumda birgə bəyanatın qəbulu gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM