satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti: Türk dünyası QHT-lərinin koordinasiyalı fəaliyyəti məqsədlərimizə böyük töhfə verə bilər

<span style='color:red'>Azərbaycan Prezidenti: Türk dünyası QHT-lərinin koordinasiyalı fəaliyyəti məqsədlərimizə böyük töhfə verə bilər</span>

Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər.

NTV xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, forum zamanı qurulacaq əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM