satellite   Azerspace-1: 11135 H 30000

Babur Bekmuradov: Zəngəzur dəhlizi Mərkəzi Asiya, o cümlədən Özbəkistan üçün önəmlidir

Babur Bekmuradov: Zəngəzur dəhlizi Mərkəzi Asiya, o cümlədən Özbəkistan üçün önəmlidir

Bu gün müzakirə olunan Zəngəzur dəhlizi Azərbaycan, Qafqaz və bütöv Türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Bu layihə təkcə iki dövlət üçün deyil, həm də regional ölkələr, Mərkəzi Asiya, o cümlədən Özbəkistan üçün önəmlidir.

NTV xəbər verir ki, bu fikirləri Özbəkistanın Ali Məclisinin Qanunvericilik Palatasının Komitə sədri Babur Bekmuradov Türk Dövlətləri Təşkilatının QHT-lərinin həmrəylik forumu çərçivəsində keçirilən “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” panelində söyləyib.

B.Bekmuradov deyib ki, Zəngəzur dəhlizi iqtisadi əlaqələrin güclənməsinə, tranzit imkanlarının artırılmasına və bölgədə davamlı sülhün təmin edilməsinə töhfə verəcək.

O bildirib ki, Zəngəzur dəhlizi həm regionun birliyi, həm də Türk dünyasının ortaq inkişafı baxımından mühüm rol oynayır. Özbəkistan da bu layihənin faydalarını diqqətlə izləyir və regional əməkdaşlığın güclənməsində maraqlıdır. Biz birlikdə çalışaraq təcrübələrimizi paylaşmalı, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını dəyərləndirməli və gələcəyə daha güclü addımlar atmalıyıq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM