satellite   Azerspace-1: 11135 H 30000

Bakıda ilk dəfə D-8 Gənclər Dialoqu keçirilir

Bakıda ilk dəfə D-8 Gənclər Dialoqu keçirilir

Bakıda ilk dəfə D-8 Gənclər Dialoqu təşkil olunub.

NTV xəbər verir ki, tədbirin açılışında gənclər və idman naziri Fərid Qayıbov, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsiaka Abdulqadir İmam, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Lideri, JSRI-nin Kommunikasiya və Maarifləndirmə direktoru Merna Alzurikat, eləcə də tədbirin xüsusi qonağı, Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir iştirak edir.

Dialoq Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər Qlobal Şəhər Gündəliyinin Gələcəyini Formalaşdırır: Sabahın Dayanıqlı və İqlimədavamlı Şəhərləri" mövzusu altında keçirilir.

Tədbirin əsas məqsədi gənclər arasında regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və məşğulluq sahəsində gənclərin potensialının artırılması, həmçinin dayanıqlı, inklüziv və davamlı şəhər mühitinin qurulmasında gənclərin rolunun genişləndirilməsidir.

Forum çərçivəsində "İnsan kapitalının inkişafı və dayanıqlı şəhərsalma – Gənclər inkişafın aparıcı gücü kimi", "Dayanıqlı şəhərsalma: Gənclər və şəhərlərin gələcəyi", "Ağıllı və inklüziv şəhərlər üçün transformasiya" kimi mövzuların müzakirəsi planlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM