Türkiyə Azərbaycanla dialoq halında Ermənistanla normallaşma proseslərini irəlilədir.
NTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında deyib.
O vurğulayıb ki, illərdir sülhə həsrət qalan Cənubi Qafqaz bu gün tarixi bir dövrdən keçir:
"Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa heç olmadıqları qədər yaxındırlar. Prosesə paralel olaraq, Azərbaycanla dialoq halında biz də Ermənistanla normallaşma proseslərimizi irəlilədirik. İnşallah gələn ilin əvvəlindən etibarən bəzi simvolik addımlar atacağıq".
