satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin sədri: Azərbaycan mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşıdır

Milli Məclisin sədri: Azərbaycan mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşıdır

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı Forumu, Qlobal Bakı Forumu və Dünya Dini Liderlərinin Sammiti kimi mötəbər tədbirlərə ev sahibliyi etməklə mədəniyyətlərarası dialoqa davamlı töhfələr verir.

NTV xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-da Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başladılmış “Bakı Prosesi” çərçivəsində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platforma kimi tanınır. 2024-cü ilin mayında keçirilmiş 6-cı Forum çərçivəsində Milli Məclis tərəfindən təşkil olunmuş Parlamentlərarası Konfrans isə bu dialoqa “parlament ölçüsü” qazandırıb.

Sahibə Qafarova çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşı olduğunu vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM