satellite   Azerspace-1: 11135 H 30000

Ali Məclisin İqtisad siyasət və Humanitar siyasət komitələrinin iclasları keçirilib - FOTOLAR

Ali Məclisin İqtisad siyasət və Humanitar siyasət  komitələrinin iclasları keçirilib <font color=red> - FOTOLAR</font> Ali Məclisin İqtisad siyasət və Humanitar siyasət  komitələrinin iclasları keçirilib <font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Emin Şıxəliyev gündəliyə komitənin 2025-ci il payız sessiyası dövründə gördüyü işlər və qarşıdakı dövrdə görüləcək işlərin müzakirəsinin daxil olduğunu diqqətə çatdırıb.

Komitə sədri Emin Şıxəliyev iclasda Ali Məclisin 2025-ci ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə hesabatla çıxış edib. Eyni zamanda Ali Məclisin 2026-cı il yaz sessiyasında görüləcək işlər müzakirə olunub, komitə üzvlərinin çıxışları dinlənilib.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin də iclası keçirilib.

Komitə sədri Ülkər Bayramova iclasın gündəliyinə yeddinci çağırış Ali Məclisin Humanitar siyasət komitəsinin 2025-ci ilin ötən dövrü ərzində fəaliyyətinə dair hesabatının daxil edildiyini bildirib.

Ülkər Bayramova Ali Məclisin 2025-ci il payız sessiyası ərzində komitənin fəaliyyətinə dair hesabatını diqqətə çatdırdıqdan sonra gündəlikdə duran məsələ ətrafında müzakirələr aparılıb, komitə üzvlərinin çıxışları dinlənilib.

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM