NTV xəbər verir ki, Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 2 fevral tarixində keçiriləcək ilk iclasının gündəliyi müəyyənləşib.
Gündəliyə üç məsələ daxil edilib. Belə ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyası üzrə qanunvericilik işləri planının təsdiqi müzakirə olunacaq.
Eyni zamanda Ali Məclisin Hesablayıcı komissiyasının və İntizam komissiyasının yaradılması məsələlərinə baxılacaq.
Qeyd edək ki, iclasda müvafiq qərarların qəbul edilməsi nəzərdə tutulur.
