satellite   Azerspace-1: 11135 H 30000

Yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcək

Yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcək

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının üçüncü iclası fevralın 18-də keçiriləcək.

NTV-nin məlumatına görə, iclasın gündəliyinə iki məsələ daxil edilib.

Birinci məsələ “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin müzakirəsidir. Məruzədə muxtar respublikada insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər və mövcud vəziyyət əksini tapacaq.

İkinci məsələ isə “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM