satellite   Azerspace-1: 11135 H 30000

MM: "İmprotex Motors" MMC ilə müqavilənin məbləği 22,8 min manatdır

MM: "İmprotex Motors" MMC ilə müqavilənin məbləği 22,8 min manatdır

Son günlər bir sıra xəbər saytlarında Milli Məclislə "İmprotex Motors" MMC arasında Milli Məclisin nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair bağlanmış müqavilə barədə məlumatlar yayılıb. Məlumatlarda müqavilənin maliyyə dəyərinin 2 milyon 282 min 605 manat olduğu iddia edilir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə bildirilib ki, bununla bağlı məlumat həqiqəti əks etdirmir.

"Bildiririk ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən "İmprotex Motors" MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat vasitələrinə yağ və sürtkü materiallarının dəyişdirilməsi, ehtiyat hissələrinin təmin olunması, eləcə də müvafiq servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. Müqavilənin ümumi məbləği isə 22 min 826 manat təşkil edir", - MM-dən bildirilib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM