satellite   Azerspace-1: 11135 H 30000

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir.

Bu barədə NTV-yə  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, prosesdə iştirak etmək istəyən müəllimlər miq.edu.az/qy/ saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

İlboyu davam edəcək prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz əmək müqaviləsi əsasında çalışan, həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə malik olan və müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanında minimum 30 bal toplayan müəllimlər iştirak edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM