satellite   Azerspace-1: 11135 H 30000

Tehran aeroportu beynəlxalq reysləri bərpa edib

Tehran aeroportu beynəlxalq reysləri bərpa edib

Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanı ABŞ və İsrailin İrana qarşı əməliyyatı dövründə dayandırılmış beynəlxalq aviareysləri bərpa edib.

NTV xəbər verir ki, bu barədə İranın IRIB dövlət teleradio şirkətinə istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, bu gün hava limanı hava əlaqəsinin bərpasından sonra ilk beynəlxalq reysi qəbul edib. İraqın "Iraqi Airways" aviaşirkətinin təyyarəsi Ən-Nəcəf şəhərindən Tehrana gəlib.

Qeyd olunub ki, Tehran və Ən-Nəcəf arasındakı reyslər hər iki istiqamətdə həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM