satellite   Azerspace-1: 11135 H 30000

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

Şəbəkə avadanlıqları istehsalçısı olan “Nokia” şirkəti Finlandiyada 253 iş yerini ixtisar etməyi planlaşdırır.

NTV “Helsingin Sanomat” qəzetinə istinadla xəbər verir ki, xərclərin azaldılması şirkətin rəqabət qabiliyyətinin təmin edilməsi və gələcək artıma töhfə verəcək biznes istiqamətlərinə investisiya yatırmaq imkanının yaradılması ilə əsaslandırılır.

İxtisarlar Espoo, Tampere və Oulu şəhərlərinə şamil olunacaq. Dəyişikliklərlə bağlı danışıqlar oktyabrın 12-də, bazar ertəsi başlayacaq. Şirkətin Finlandiyadakı bölmələrində 6800 nəfər çalışır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM