satellite   Azerspace-1: 11135 H 30000

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

İran və Oman Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz dəhlizlərlə bağlı əldə etdikləri razılaşma barədə yaxın vaxtlarda səlahiyyətli beynəlxalq qurumu məlumatlandıracaqlar.

NTV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, Tehran və Maskat arasında aparılan məsləhətləşmələr uğurla nəticələnib və tərəflər Hörmüz boğazında təhlükəsiz dəhlizlərin coğrafi koordinatları ilə bağlı razılığa gəliblər.

İsmayıl Bəqai qeyd edib ki, tərəflər məsələ ilə bağlı səlahiyyətli beynəlxalq qurumun məlumatlandırılması qaydası barədə də qarşılıqlı anlaşma əldə ediblər. Müvafiq addımın yaxın vaxtlarda atılacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM