satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Qazaxıstan Məclisi Rusiya ilə neft və neft məhsullarının tədarükünə dair hökumətlərarası sazişin müddətinin uzadılması haqqında protokolu ratifikasiya edib.

NTV “Kazinform”a istinadla xəbər verir ki, sənəd sazişin qüvvədə olma müddətini 2028-ci il yanvarın 1-dək uzadır. Saziş 2013-cü ildən qüvvədədir.

Protokol tədarükün indikativ balanslarının hər il razılaşdırılması, iki ölkənin səlahiyyətli orqanları arasında məlumat mübadiləsi mexanizmini, habelə gömrük rüsumu tutulmadan Rusiyadan neft məhsullarının idxal edilməsi imkanını qoruyub saxlayır.

Bununla yanaşı, 2028-ci ildən etibarən tərəflərdən biri sazişə xitam vermək niyyəti barədə digər tərəfi yazılı şəkildə məlumatlandırmadığı təqdirdə, sənəd avtomatik olaraq beşillik müddətlərə uzadılacaq.

Qazaxıstanın energetika naziri Erlan Akkencenov qeyd edib ki, saziş enerji təhlükəsizliyi və ölkənin daxili neft məhsulları bazarının sabit fəaliyyətinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM