“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 14 milyon tona yaxın yük daşıyıb.
ADY-dən NTV-yə bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.
Qeyd olunan dövrdə tranzit yükdaşımaların həcmi 15 faiz artaraq 5,7 milyon tona çatıb. Tranzit daşımalarında Şərq-Qərb dəhlizi üzrə 20 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 26 faiz artım qeydə alınıb.
Sentyabr ayında isə ADY-nin ümumi yükdaşıma həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 29 faiz artıb. Bu dövrdə tranzit daşımaların həcmi 37 faiz yüksəlib.
