102 yaşında dünyasını dəyişən Eva Mari Sent kino tarixinin ən tanınmış aktrisalarından biri olub.
NTV xəbər verir ki, amerikalı aktrisa Los-Ancelesdə vəfat edib və ölüm xəbəri Variety nəşrinin məlumatına əsasən yayılıb.
Sent 1954-cü ildə ekranlara çıxan “Sahildə” filmindəki roluna görə ən yaxşı ikinci plan qadın rolu nominasiyasında Oskar mükafatına layiq görülüb. Həmin ekran əsərində o, Marlon Brando ilə tərəf müqabili olub. Aktrisa 102 yaşında dünyasını dəyişənədək ən yaşlı Oskar laureatı kimi tanınıb. O, karyerasına 1940-cı illərin sonlarında televiziya sahəsində başlayıb, sonrakı onilliklərdə çoxsaylı serial və televiziya filmlərində çıxış edib. Alfred Hiçkokun 1959-cu ildə çəkdiyi “Şimal-şimal-qərb” trillerindəki rolu onun kino karyerasının yaddaqalan işlərindən sayılır. Sent 1990-cı ildə “Yüksək cəmiyyət” miniserialına görə Emmi mükafatı da qazanıb. Onun son kino rolu 2014-cü ildə “Qış nağılı” filmində olub və teatr səhnəsində çalışıb.
