satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Cari ilin sentyabr ayı etibarilə Gürcüstanın ümumi beynəlxalq valyuta ehtiyatları 2025-ci illə müqayisədə 50,5 faiz artaraq tarixi maksimum həddə - 8,17 milyard ABŞ dollarına çatıb.

NTV xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Bankın məlumatına görə, əvvəlki aya nisbətən beynəlxalq ehtiyatların səviyyəsi 26,5 milyon ABŞ dolları artıb. Ehtiyat adekvatlığı göstəriciləri də yaxşılaşıb. Beynəlxalq valyuta ehtiyatlarının hazırkı səviyyəsi Beynəlxalq Valyuta Fondunun metodologiyası ilə müəyyən edilmiş 100 faiz adekvatlıq həddini (ARA metrikası) aşır və 128,7 faizə bərabərdir.

Gürcüstan Milli Bankının siyasəti nəticəsində son iki ildə 2024-cü ilin oktyabr ayı ilə müqayisədə ehtiyatların həcmi ikiqat artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM