Rusiya ordusunun oktyabrın 7-də Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Ölənlər arasında dörd uşaq var, 50-dən çox insan yaralanıb.
Bu barədə NTV Çerniqov vilayət dövlət administrasiyasının rəhbəri Vyaçeslav Çausun bəyanatına istinadla xəbər verir.
O qeyd edib ki, axtarış-xilasetmə əməliyyatı davam edir, zərərçəkənlərin hamısına zəruri yardım göstərilir: “Bu zərbələrin nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün vəzifələr müəyyən edilib”.
Bu gün səhər saatlarında Rusiya qoşunları Prilukiyə raket zərbəsi endirib. Raketlərdən biri birbaşa çoxmərtəbəli yaşayış binasına düşüb.
