satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib - FOTOLAR

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib<font color=red> - FOTOLAR</font>

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy professor İsmail Erünsalın Süleymaniyə Əlyazmalar Kitabxanasına bağışladığı 525 nadir əsərdən ibarət kolleksiyanın rəqəmsal istifadəyə verildiyini bildirib.

NTV xəbər verir ki, kolleksiyada müxtəlif əsrlərə aid əlyazmalar, nadir və müəlliflərin öz xətti ilə yazdığı nümunələr, eləcə də Şeyx Qalibin 18–19 yaşlarında öz xətti ilə qələmə aldığı “Divan” əsəri yer alır.

Kolleksiyanın ən qədim nümunəsi 1523-cü ilə aid “Divan-ı Əmir Şahi”dir. Burada, həmçinin Osmanlı dövrünün iqtisadi və diplomatik tarixini əks etdirən sənədlər, qiymət dəftərləri və səfərnamələr də var.

Ersoy bildirib ki, əsərlərin rəqəmsallaşdırılması və kataloqlaşdırılması işləri təxminən iki ay ərzində tamamlanıb. Kolleksiyaya Türkiyə Əlyazmalar Əsərləri Qurumu Baş İdarəsinin internet səhifəsi vasitəsilə dünyanın hər yerindən çıxış əldə etmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM