satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı XİN Azərbaycanın İran tərəfindən hədəf alınmasını kəskin şəkildə qınayıb

Səudiyyə Ərəbistanı XİN Azərbaycanın İran tərəfindən hədəf alınmasını kəskin şəkildə qınayıb

Səudiyyə Ərəbistanı Krallığı İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf almağa cəhd etməsini qətiyyətlə pisləyib və bunu kəskin şəkildə qınayıb.

NTV xəbər verir ki, Səudiyyə Ərəbistanı XİN bu cür cəhdləri beynəlxalq qanunlara və qəbul olunmuş beynəlxalq normalara zidd olan düşmənçilik davranışı adlandırıb.

Nazirlik bəyanatında vurğulayıb ki, hər iki ölkəyə qarşı edilən bu qorxaq cəhdlər heç bir halda əsaslandırıla bilməyən düşmənçilik mövqeyini göstərir. Həmçinin bildirilib ki, İranın region ölkələrinə qarşı bu cür davranışları təkrarlaması gərginliyin daha da artmasına səbəb olur və regional təhlükəsizliyi və sabitliyi təhdid edir.

Bəyanatda, həmçinin qeyd olunur ki, Krallıq hökuməti və xalqı Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu bir daha bildirib, hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu dəstəklədiyini bir daha vurğulayıb. Həmçinin regionda eskalasiyanın qarşısını almaq və təhlükəsizliyi və sabitliyi qorumaq üçün göstərilən səylər yüksək qiymətləndirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM