Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Naxçıvan şəhərindəki hava limanına İranın pilotsuz uçuş aparatlarının hücumunu qətiyyətlə pisləyib.
NTV Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı baş verənləri qardaş və müttəfiq Azərbaycan dövlətinə qarşı akt kimi qiymətləndirib.
O, insidentin İranla birlikdə hərtərəfli araşdırılacağına və regionda gərginliyin artmasının qarşısını almaq məqsədilə münaqişə vəziyyətinin diplomatik vasitələrlə tənzimlənəcəyinə ümidvar olduğunu bildirib.
