Naxçıvan Muxtar Respublikası (MR) iqtisadiyyat nazirinə yeni müavin təyin edilib.
Qurumun mətbuat xidmətindən NTV-yə verilən məlumata əsasən, bu vəzifəyə Müslüm Əli oğlu Cabbarzadə təyin edilib.
Qeyd edək ki, M.Cabbarzadə bundan əvvəl muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, rəis vəzifələrini icra edib.
