satellite   Azerspace-1: 11135 H 30000

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti  komitəsinin iclası keçirilib

NUHÇIXAN xəbər verir ki, aprelin 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinin ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsi olduğunu bildirib.

İclasda qanun layihələri haqqında Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdir müavini Tofiq Rəcəbli məlumat verib.

 

Gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparıldıqdan sonra qanun layihələri Ali Məclisin plenar iclasında müzakirəsinə tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM