satellite   Azerspace-1: 11135 H 30000

Ailə başçısını itirməyə görə sosial ödəniş alan tələbələrdən arayış tələb olunmayacaq

Ailə başçısını itirməyə görə sosial ödəniş alan tələbələrdən arayış tələb olunmayacaq

Azərbaycanda təhsil alan gənclərdən ailə başçısını itirməyə görə sosial ödənişin davam etməsi üçün arayış alınmayacaq.

Bu barədə NTV-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib.

Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir.

Nazirliyin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun tətbiq etdiyi yeni rəqəmsal həll nəticəsində proses tam avtomatlaşdırılıb. Vəfat etmiş və ya həlak olmuş şəxslərin ölkə daxilində əyani təhsil alan 23 yaşadək övladlarının əyani təhsil almaları barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin "Tələbə-Məzun" informasiya bazasından e-qaydada əldə olunur. Bununla da qeyd edilən ödənişin davam etdirilməsi prosesi avtomatik təmin edilir.

Təhsil statusu hər ay avtomatik yenilənir, ödənişlərin davam etdirilməsi üçün arayış təqdim edilməsinə ehtiyac qalmır. Bu yenilik nəticəsində əyani təhsil alan ümumilikdə 11,5 mindən çox şəxsə ailə başçısını itirməyə görə pensiya və müavinət ödənişi müddəti arayış tələb edilmədən avtomatik uzadılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM