satellite   Azerspace-1: 11135 H 30000

Daha iki məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Daha iki məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Aprelin 17-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

NTV xəbər verir ki, komitə sədri Musa Quliyev iclasda iki məsələnin – Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin ikinci oxunuşda müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.

Komitə sədri gündəliyin ilk məsələsi - Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O bildirib ki, təklif olunan dəyişikliklərin əsas məqsədi narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin əmək münasibətlərinin daha konkret, obyektiv və şəffaf şəkildə tənzimlənməsidir.

Bununla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Əmək Məcəlləsinin 4 maddəsinə ümumilikdə 6 dəyişiklik təklif olunur, həmçinin 48-ci maddənin 5-ci bəndinə 5-2 və 5-3-cü yarımbəndlərin əlavə edilməsi nəzərdə tutulur.

Daha sonra – Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verilib. Bildirilib ki, təqdim olunan layihəyə əsasən Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi daha da konkretləşdirilir, əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir.

Qeyd olunub ki, bu məqsədlə məcəllənin işəgötürənin vəzifələrini müəyyən edən 12-ci maddəsinin “g” bəndi təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işləri yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsi işəgötürən üçün öhdəlik kimi müəyyən edilir.

Müzakirələrdə komitənin üzvləri Vüqar Bayramov, Səttar Möhbalıyev və Soltan Məmmədov çıxış edərək qanun layihəsinə dair fikirlərini səsləndirib, bəzi qeyd və təkliflərini irəli sürüblər.

Sonda qanun layihələrinin hər ikisi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM